Продаётся 6-комн. дом/дача 310 м², пос. Бина
Hörmətli müştəri, Binə Atçılıqda Mərdəkan şossesinə 200 metr məsafədə yerləşən ilin 4 fəslində yaşamağa rahat şəraiti olan, 7 sot torpağda inşa edilmiş 3 mərtəbəli, sahəsi 310 kv. m. 6 yatağ otağı, 2 zalı, 3 s/q olan təmirli, əşyalı və zirzəmili həyət evi satılır. Yataq otaqları yalnız 2-ci mərtəbədədir. Ev satış məqsədi ilə inşa olunmayıb. Istilik sistemi kombi və qazandır(boiler). Daimi şəbəkə suyu, quyu suyu(bitki suvarılması üçün), ehtiyat su çəni (qapalıdır- şaxtada donmur) işığı, qazı, interneti var. Evə və həyətə 24/7 kamera ilə nəzarət olunur. Həyətdə əlavə 1 s/q, 2 qaraj, mühafizə otağı, yardımçı otaq, 20 növdən çox dekorativ ağac və güllər(avtomatik suvarma sistemi ilə), açıq hovuz üçün hazır sahə, avtomatik darvaza və s. var. Döşəmə, tavan və pilləkan yalnız taxta ilə işlənib. Pol-tavan şam, qapılar cökə, pilləkan fısdıq ağacı və parketlə yığılıb. Şəxsi əmlakımdır, sənəd çıxarışdır. Alan adam birbaşa evin qeydiyyatına düşə bilər. Evə baxdıqdan sonra endirim olacaq.


















































































































